23 Temmuz 2012 Pazartesi

sufizm

8-ci əsirdə bütün İslam dünyasında yeni bir təriqət-elm yarandı və günü bu günə qədər insanların qəlbini fəth etməkdədir. Bu təriqət onu təmsil edən insanların qaba yun geyiminə və kəlmələrinin yun kimi yumşaq olmağına görə ictimaiyyət içində SUFİ (əl-sufa) adlandırılmışdı. Sufi təriqəti- nin sadiq dərvişləri bütün müsliman və qeyri-müsliman diyarlarını dərə-təpə dolaşaraq, elm və məhəbbətləriylə insan qəlblərini fəth etdilər. Sufi zahidləri (asketləri) zəngin həyat tərzinə nifrət bəsləyərək, mənəvi kamilliyi maddi sərvətə qarşı qoydular. Fəqirlik hisslərinə qapanırdılar: “Fəqirlik- haqdan (Allahdan) savayı heç bir şeyə möhtac olmamaqdır”. Güşənişinlik- ictimaiy- yətdən uzaq, Tanrının yaratdığı gözəl təbiyyət qoynunda dərviş həyatı sürməkdir. Və yalnız bu gözəlliyi dərk edən sufi dərvişi kamillik zirvəsinə çatır və ictimaiyyət içinə dönərək, o kamillik zirvəsində gördüklərini anlatır, onlara haqqın yolunu göstərməyə çalışırdı. Böyük sufi hökmdar- şairi Şah İsmayıl Xətai demişdi:
_____Sufi isən alıb-satma
_____Halalına haram qatma
_____Yolun əyrisinə getmə
_____Doğru yola nəzər eylə.
_____Əgər ki siz “sufi” kimdir sualını sorarsınızsa, cavabı: “Sufi haqqa (Allaha) aşiq olan, bu eşq və sədaqətlə ona (Allaha) və kamilliyə can atanlardır”.
BİZ KİMLƏRDƏN TÖRƏDİK ?
_____Sufilərin başlanğıcını 8-ci əsirdən ürmək əslində çox yanlış olardı. Sufilər öz ideoloji baxışlarına görə daha qədimlərə gedib çıxır. O qədər qədim ki, o xristianlıq, buddizm və hətta zərdüştlüyü də ötüb keçir. Sufi ideologiyası Allahu-təalanın “ol” kəlməsini deyərək Adəm peyğənbəri ya-ratdığı gündən bizlərin qəlbindədir. Bu məhs ilk görüşlərdən olan şamanizimdən bəri, dövr keç-dikcə, bir-bir dünya dinləri meydana çıxdıqca bizi izləyən ideologiyadı. Sufilərin məramını zər-düştlükdə, buddizimdə, xristianlıqda da dərin izlərini aşkarca görmək olar. Məhs buna görədir ki, sufilər tək Allaha səcdə edən insanların irqinə və dininə fərq qoymadan onları sevir. Məhs bunun səbəbidir ki, sufilik asanlıqla zərdüşt, buddist, xristian dinləri arasında da yayılmaqdadı. Sufılərin panteist ruhlu təriqəti nəinki İslam, həm də qeyri-islam xalqlarının da qəlbinə oxşaya bilmişdi. Bəs nə üçün sufilik məhs İslam təriqəti olaraq tanınır? Cavabı ondan ibarətdir ki, bizə göndəril-miş sonuncu peyğənbər Hz. Məhəmmədin vasitəsilə vəhy olunan sonuncu din-İslam ideologiyası sufi ideologiyasına o qədər doğmadır ki, məhs bu səbəbdən sufilərin bir sufi təriqəti kimi forma-laşması islam dövrünə təsadüf edir.
SUFİ YOLU...
_____Sufi təriqətində də İslam dünyasında olduğu kimi, təhsil verən-mürşid və onun yolunu davam et-dirən-müridlər vardır. Sufi təhsil sisteminin real islam təhsil sistemindən fərqi ondan ibarətdir ki, sufi ordeni daşıyıcılarının vahid məktəbi olmur. Burada heç vahid təhsil müddəti və yaş fərqi də gözlənilmir. Necə ki, dahi sufi şairi Mövlanə Cəmaləddin Rumi qırx yaşında gənc sufi dərvişin-dən sufilik elminə yiyələnmişdi. Özünü sufi sayan hər bir kəs, əsl məktəbi bu dünyanın qəribəlik və gözəlliklərlə dolu təbiyyətini qarış-qarış gəzməklə öyrənir. Və qarşısına çıxacaq kamillik zirvəsinə çatmış sufi müridləri ona düzgün istiqamət tapmağa köməklik edəcəkdir. İlahi məhəb-bət və kamillik zirvəsinə çatmağı heç bir kağız parçası-diplom və ya şəhadətnamə təsdiqləməyə-cək. Onu insan özü və yalnız özü təsdiq edəcəkdi. Bu keçiləcək yol “Sufi yolu” və ya “təriqət yoludur”.
SƏMA MƏCLİSİ. SƏMA RƏQSLƏRİ...
_____Orta əsrlərdən etibarən sufi dərsləri və praktikaları xüsusi məclislərdə keçirilirdi. Buna “Səma məclisləri” deyilirdi. Bir süfrə arxasında əyləşən sufilər mürşidin mühazirələrini dinləyirdilər. Məclis qarşılıqlı diskusiyalarla keçirdi. Daha ardınca məclis öz mistisizm nöqtəsinə çatırdı. Xoş musiqi-sufi ritmləri altında dahi şairlərdən şeirlər və ya qurandan ayələr oxunardı. Məhs bu gün “sufi roku” adlanan ritmik musiqi növləri Azərbaycanda hürufani, sufiani, Türkiyədə mevləvi və s. növləri qalmaqdadır. Və nəhayət sufiləri məxsusi səciyyələndirən dərviş rəqsləri icra olunurdu.
_____Müəyyən rəqsi hərəkətlərin təkrar edilməsi ilə sufi dərvişləri ekstaz vəziyyətinə düşməyə qadir olurdular. Onların bəzən içkidən də istifadəsi təqzib olunmur. Nəhayət bu insanlar ekstaz vəziyyətinə düşür və öz aləmlərində Allahın dərgahıyla körpü yaratmış olurlar. Buna “Allah sevqisiylə məst olmaq”-haqqa yetmək deyilirdi. İcra olunan rəqslərsə “səma rəqsləri” adlanırdı.
DAHİ SUFİLƏR.
_____Tarixən sufilər görkəmli alimlər və şairlər yetişdirmişlər. Onlar günü, bu günə qədər öz elmi nə-zəriyyələrlə və zəngin fəlsəfi fikirlərlə dolu sənət əsərləriylə insanları heyran etməkdədirlər. Şərq aləmində olduğu kimi, qərbdə də məşhur olan bir sıra şairlərdən Həllac Mənsur, Yunis Əmrə, Cəlaləddin Məhəmməd Rumi, Hafiz, Şeyx Məhəmməd Nur Bəkş, Əmir Xosrov Dehləvi, Ömər Xəyyam, Məhəmməd əl-Bakuvi və s. daxildir. Bu sufi elmini müxtəlif xalqlarda yayan alimlər-dən Şeyx Səfiyyəddin İshaq Azərbaycanda, Məcməddin Kubra Mərkəzi Asiyada, Əhməd Yasə-vi Kazaxıstanda, Əbdül Qədir Gilani İrakda, Cəlaləddin Rumi Anadoluda, Şahabəddin Şuhərvər-di İranda, Maxdom Əşrəf Hindistanda fəaliyyət göstərmişdilər. Bu məram başlıca olaraq ərəb, fars, türk, kürd, pəncab, sindh, puştu, urdu və digər dillərdə təbliğ edilmişdir.
SUFİLƏR İSLAM NAMİNƏ...
_____Dahi Azərbaycan sufi alimi Şeyx Səfiyyəddin İshaq (1252-1334) Ərdəbili sufilərin mərkəzinə çevirdikdən sonra sufilər fəal olaraq dövrün siyasi gedişlərində mühüm rol oynamağa başladılar.
_____Səfiyyəddinin nəslindən olan İbrahim Şeyxşah (1427-1447) Ərdəbili müstəqil hakimliyə çevirdikdən sonra, bu daha da gücləndi. 15-ci əsirdə dünyanın ən məşhur alimi Şeyx Cüneyd (1447-1460) dövründə sufilər şiyə təriqəti ilə birləşərək daha kəskin siyasətə bağlandılar. Bu iki təriqətin qardaşlaşmasına səbəb onların ideoloji dünya görüşlərinin bir olması ilə əlaqədar idi. Qeyd etdiyimiz kimi, Şeyx Cüneyd təkcə görkəmli alimliyi ilə deyil, həm də cihat yürüşləri təşkil etməklə islam dünyasına mühüm xidmətlər etmişdi. O 1459-cu ildə, o zaman müsliman olmayan Çərkəz diyarına öz müridləriylə birgə uğurlu yürüşlər təşkil etmişdi. Məhs bu yürüşlər zamanı onun nüfuzundan qorxuya düşən Şirvanşah Fərrux Yasar qəflətən hücum edərək, onu qətlə yetirmişdi. Şeyx Cüneyd dövründə onun göstərişiylə xristian Trabzon çarlığında sufilər islamı yaymışlar. Hətta sufilər o qədər tez bir zamanda buna nail ola bilmişlər ki, bundan qorxuya düşən Trabzon imperatoru öz düşməni Osmanlıdan yardım istəmişdi. Şeyx Cüneyddən sonra onun oğlu Şeyx Heydər (1460-1488) də cihat yürüşlərini Qafqazda davam etdirərək, bu dəfə Tabasaran elinə uğurlu yürüşlər etmişdi. Şeyx Heydər də Şirvanşah və Ağqoyunlu müttəfiq ordusu tərəfindən qəflətən məğlub edilmiş və öldürülmüşdü. Yalnız Şeyx Heydərin oğlu Şah İsmayıl Xətai (1486-1524) ilk dəfə sufilərin rəsmən dövlətini Azərbaycanda (1501) qura bilmiş və onu qenişləndirərək böyük Səfəvi-Qızılbaş imperatorluğuna çevirə bilmişdir.
QƏLBLƏRDƏ HAKİMİYYƏT...
_____Sufilər bu günlərdə qərbə doğru yayılmaqdadır. Artıq sufi ideoloqiyası Albaniya, Bosniya, Makedoniya, Kosova, Bulqarıstan kimi dövlətlərinin hakim ideoloqiyasının əsasını təşkil edir.
_____Sufi ideoloqiyası sürətlə qərbi avropa və amerikaya yayılmaqdadı. Bu sufi dəryasına baş vuran insan, bu dəryanı qəlbinə yerləşdirə bilir. Sufilər dünyaya qılınc və topla deyil, elm və məhəb-bətlə hakim olur. Çünki, sufilər məntiqi sübut və dəlillərə deyil, mistik halda intuitiv idrak sayəsində alınan “biliklərə” , “həqiqətlərə” arxalanırlar. Məhs bu səbəbdən sufi məramı özüylə islamiyyəti bahəm qərbə doğru aparmaqdadı.